Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

«AKP iqtidarı inəklərin südünü artırıb»


Türkiyədəki Adalet və Kalkınma Partiyasının Bursa millət vəkili Ali Koyuncu mənsub olduğu partiya iqtidara gələndən sonra ölkədə «inəklərinin südünün də artdığını» iddia edib.

Türkiyə Böyük Millət Məclisində «Baytarlıq qanunu»” müzakirə edilərkən kürsyə çıxan Ali Koyuncu deyib:

«AK Partiya hakimiyyətindən əvvəl bizim kəndin yolunda məhkəmələrin borc toplayan maşınları toqquşurdu. Kəndlilərimizi, əkinçilərimizi həbsxanaya aparmaq üçün jandarma maşınları gəlirdi. 2002-ci ildə seçki oldu; kişi kimi adam Erdoğan baş nazir oldu. İqtidara gələn kimi əkinçi və fermerlərin 2 milyard dollar borcunun 900 milyon dollarını sildik. Bizdən əvvəl inəklər bir doğuşdan o birinə qədər 1705 litr süd verdiyi halda, indi 2802 litr süd verir. Bizimlə birlikdə inəklər də südü artırdı. Biz Milli süd qeydiyyat sistemi yaratdıq. Bundan sonra istehlakçı evi üçün aldığı südün hardan gəldiyini biləcək».
XS
SM
MD
LG