Emma Wilkinson,
BBC Ümumdünya xidməti
Britaniya alimlərinin araşdırmasına görə, uşaqlıqda çoxlu ət yeyən qızlarda cinsi yetişkənlik əlamətləri daha tez müşahidə olunur, onlarda menstruasiya prosesi daha tez başlayır. Belə qızların gələcəkdə hamilə qalmaq ehtimalı daha çoxdur. Müşahidəni üç mindən çox 12 yaşlı qız arasında aparıblar. Məlum olub ki, qızlar əti xüsusilə üç və yeddi yaşında yesələr, gələcəkdə ana olmaq ehtimalı daha çox olar.
Qızların cinsi yetişkənlik mərhələsinin gec başlaması 20-ci əsr boyunca ciddi ginekoloji problem idi. Alimlərin bu problemi həll etmək üçün əsas təkliflərindən biri də məhz ətlə daha çox qidalanmadır. Çünki ətin sink və dəmir maddələri ilə zəngindir cinsi hormonların aktivliyini artırır.
Həkimlər üç yaşlı qızlara həftədə səkkiz dəfə, yeddi yaşlılara isə həftədə 12 dəfə ət yedizdirməyi məsləhət görürlər.
Son tədqiqat aşkara çıxarıb ki, uşaqlıqda qida rasionunda ət yeməkləri üstünlük təşkil edən qızların 12 yaşına qədər cinsi yetişkənli mərhələsinə qədəm qoymaq şansı 75 faiz artıq olur.
Tədqiqatın rəhbəri, Briqton Universitetinin baş müəllimi İmogen Rogers bildirib ki, qızların erkən yaşda menstruasiya olmasını təkcə onların çəkiləri ilə əlaqələndirmək düzgün deyil, bu, daha çox qidalanma ilə bağlıdır.
Alimlərin fikrincə, erkən yaşda ana olmağa hazır olan qızlarda döş xərçəngi xəstəliyi ehtimalı da az olur. Amma tədqiqata görə, uşaqlıq dövrünü geridə qoymuş gənc qızların ət yeməyinə üstünlük verməsinə ehtiyac yoxdur.