Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

İran nüvə sahəsində uğuru barədə məlumat verəcək


İranın hakim dairələri yaxın vaxtlarda milli nüvə proqramıyla bağlı əldə etdiyi nailiyyətlər barədə məlumat vermək fikrindədir.

Bu barədə Röyter agentliyi ölkənin atom enerjisi agentliyinin rəhbəri Əkbər Salehiyə istinadla xəbər verir.

Söhbət tədqiqat reaktoru üçün nüvə yanacağının istehsalından gedir.

BMT-nin təhlükəsizlik şurası bu günlərdə İrana qarşı daha kəskin yeni sanksiyalar tətbiq edib.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG