Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Dindarlar həbs edilib


Yevlax Rayon Məhkəməsi iyunun 10-da rayondakı «Cümə Məscidi» dini icmasının dörd üzvünün həbsilə bağlı qərar çıxarıb.

İctimai qaydanı pozmaqda günahlandırılan icma üzvlərindən bir nəfəri 5, üç nəfəri 3 gün həbsə məhkum edilib.

Dini icmanın sədr müavini Ramin Quliyevin AzadlıqRadiosuna dediyinə görə, buna səbəb məruz qaldıqları təzyiqlərlə bağlı həmin şəxslərin daha yuxarı qurumlara müraciət etmələri olub:

«İyunun 3-də rayonun Cırdaxan kəndində olan üzvlərimizin birinin uzun müddətdən sonra övladı olmuşdu, həyətlərində yığışıb çadırda bu əlamətdar hadisəni qeyd edirdik, amma buna imkan verilmədilər. Biz buna etiraz edəndə dedilər, guya biz kiməsə müqavimət göstərmişik. Bundan sonra iyunun 6-da bizi verdilər məhkəməyə».

Ramin Quliyev deyir ki, il ötən icmaya məxsus məscidin yeri satılandan sonra onlar bu barədə prezidentə və digər müxtəlif instansiyalara çoxsaylı müraciətlər ediblər, bu isə yerli qurumların xoşuna gəlməyib.

Yevlax rayon icra hakimiyyətində ictimai-siyasi şöbənin müdiri Hümbət Əhmədov isə bu məsələdə icra hakimiyyətinin rolunun olması barədə deyilənlərlə razılaşmır:

«Məhkəmə müstəqil bir orqandır və onun icra hakimiyyətinin göstərişi ilə işləməsi qeyri-mümkündür, yəqin ki, həmin şəxslər qanunu pozan addım atıblar ki, onlar barəsində belə bir qərar çıxarılıb», -deyə Hümbət Əhmədov bildirib.

Dini icmanın bir qrup üzvü bir neçə gün əvvəl Bakıda mətbuat konfransı keçirib və yerli hakimiyyət orqanlarını tənqid ediblər.

Yevlax rayon İcra Hakimiyyətində ictimai-siyasi şöbənin müdiri Hümbət Əhmədov isə bu məsələdə onların rolunun olması barədə deyilənlərlə razılaşmır:

«Məhkəmə müstəqil bir orqandır və onun icra hakimiyyətinin göstərişi ilə işləməsi qeyri-mümkündür, yəqin ki, həmin şəxslər qanunu pozan addım atıblar ki, onlar barəsində belə bir qərar çıxarılıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG