Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

«İranın tutduğu bu mövqe onu müharibəyə aparacaq»


Yaxın Şərq üzrə mütəxəssis Arif Kəskin
Yaxın Şərq üzrə mütəxəssis Arif Kəskin
«Son proseslər göstərir ki, İrana qarşı sanksiyaları imzalayan ölkələr onun gələcəkdə nüvə silahının olmaması üçün istəyirlər ki, İran uranı zənginləşdirmə texnologiyasını dayandırsın».

Yaxın Şərq üzrə mütəxəssis Arif Kəskin AzadlıqRadiosunun «İşdən sonra» proqramında belə deyib.

Bəs İran uranı zənginləşdirmə texnologiyasını dayandıracaqmı?

Arif Kəskin İranın bu məsələyə müsbət cavab verəcəyini zənn etmir:

«Bu gün Rusiya da, Çin də, Ərəb ölkələri də artıq İrana qarşı mövqe tutublar. Bu gün dünyada İrana olan inamsızlıq yüksəlib».

Hazırda İranın özünün siyası problemləri və iqtisadi problemlərinin çox olduğunu deyən şərhçi bildirib ki, son proseslər də bu ölkəni çıxılmaz vəziyyətə salıb.

«İRAN DÜNYADA YALNIZLAŞIB»

İranın tutduğu bu mövqe isə, mütəxəssisin fikrincə, daha ağır embarqolara qapı açacaq. Arif Kəskin deyib ki, hazırkı İran hakimiyyəti də dediyindən dönməyəcək.

Şərhçi bildirib ki, xaricdəki basqılar daxildəki ixtilafları daha da artıracaq.

«İranda heç kim nüvə məsələsindən yaza bilmir. Məhəmməd Hatəmi və Əhmədinejatdan başqa heç kim bu barədə danışa bilmir».

Yaxin Şərq üzrə mütəxəssis Arif Kəskin deyib ki, İranın tutduğu bu mövqe isə onu müharibəyə sürükləyəcək.

Hazırladı: Kamran Mahmudov

Buna da bax:

XS
SM
MD
LG