Türkiyə Qərbdən uzaqlaşmır, bu barədə bəyanatlar «təbliğat»dır.
İyunun 10-da İstanbulda türk-ərəb forumunda çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan belə deyib.
Ərdoğan bildirib ki, ölkəsinin strateji məqsədi əvvəlki kimi Avropa Birliyinə (AB) daxil olmaqdır və bir sıra ölkələr buna mane olmaq üçün hər şey edir.
Bundan əvvəl ABŞ Müdafiə naziri Robert Qeyts bildirib ki, AB-nin Türkiyəni öz cərgəsinə daxil etməkdən imtina etməsi Türkiyə siyasətində Şərqin Qərbi sıxışdırmasına səbəb olub.