Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 23:45

Müsavat və DUİ rədd cavabı aldı


Müsavat Partiyasının aksiyası, Bakı, 14 aprel 2010
Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın iyunun 12-də mitinq keçirmək müraciətinə Bakı şəhər icra hakimiyyəti cavab verib.

Meriya müxalifət partiyalarına yenə də onların istədiyi meydanları yox, kənardakı digər meydanları təklif edib.

Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu AzadlıqRadiosuna deyib ki, onların iyunun 12-nə təyin etdikləri mitinqi təxirə salmaq və ya meriyanın təklif etdiyi ünvanlarda keçirmək fikrində deyillər.

“Mitinqin təxirə salınması gündəlikdə yoxdur. Bu gün məsələlər partiyaların rayon və şəhər komitələrinin rəhbərlərilə detallarına qədər müzakirə olunacaq”.

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar bir neçə gün əvvəl Bakı Şəhər icra hakimiyyətinə şəhərin mərkəzindəki bir neçə ünvanda on min nəfərlik mitinq keçirməklə bağlı müraciət ünvanlayıb. Mitinq keçirmək istəyən siyasi qurumlar istəyirlər ki, ölkədə demokratik seçki şəraiti yaradılsın, seçki komissiyaları bərabər şəkildə təşkil edilsin və rüşvətə, korrupsiyaya qarşı mübarizə aparılsın.

İndiyə qədər Bakı şəhər icra hakimiyyəti Azadlıq Blokuna daxil olan siyasi partiyaların müraciətlərinə də eyni cavabları verib. Bloka daxil olan siyasi qurumlar isə meriyanın qanunsuz saydığı şəhərin mərkəzi meydanlarında razılaşdırılmamış aksiyalara cəhdlər göstəriblər. Hər dəfə polis bu aksiyaların qarşısını alıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG