Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 15:59

David Kameron əsgər yox, pul vəd edir


Britaniyanın Baş naziri David Kameron iyunun 10-da özünün Kabula ilk səfərində Əfqanıstanın onun hökumətinin xarici siyasətinin ən əsas prioriteti olduğunu deyib.

Amma prezident Həmid Karzayi ilə keçirdiyi birgə mətbuat konfransında Əfqanıstana əlavə Britaniya hərbi qüvvələri göndərilməsinə qarşı olduğunu deyib. O, Əfqanıstan ordusuna, polisinə və mülki hakimiyyət orqanlarına 98 milyon dollar əlavə yardım vəd edib.

Britaniya hazırda 9500 nəfər hərbçi ilə Əfqanıstandakı əsgərlərinin sayına görə dünyada ikincidir. 2001-ci ildə Talibanla müharibə başlayandan bəri Britaniya 300 əsgər itirib.
XS
SM
MD
LG