İraq hökuməti ölkəyə tərəvəz gətirilməsini qadağan etdi. Qadağanın müddəti haqqında məlumat verilmir.
Kənd Təsərrüfatı Nazirliyi bununla İraqın özündə yerli istehsalı qorumaq istədiklərini bildirir.
“Reuters” agentliyi bildirir ki, bu, İordaniya, Suriya, İrandan olan istehsalçılar üçün pis xəbərdir. Çünki İraqın tərəvəz ehtiyacını bu ölkələrin istehsalçıları ödəyirdi.
İraq hökuməti 2009-cu ildə bəzi ərzaq mallarının ölkəyə gətirilməsinə qadağa qoymuşdu. İndi bu məhdudiyyət bütün tərəvəz növlərinə aid edilir.