Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Hər kəs öz ocağında…


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Müxalifət Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdən narahatdır, amma hələ ki, bir araya gəlib bunu müzakirə etməyiblər. Daha doğrusu, hər kəs, necə deyərlər, məsələni öz ocağında müzakirə etməyə üstünlük verib.

Hakim partiyanın Milli Məclisdəki üzvləri Seçki Məcəlləsinə dəyişikliklər olunmasıyla bağlı təkliflər verib. Bu təkliflərdə seçki kampaniyasının 75 gündən 60 günə, təbliğat kampaniyasının isə 28 gündən 23 günə endirilməsi nəzərdə tutulur. Təkliflərin içində o da var ki, namizədə dövlət vəsaiti əsasında verilən 200 manat ləğv olunsun.

ÜMUMİ MARAQ YOXMUŞ

ADP sədri Sərdar Cəlaloğlu deyir ki, onlar müxalifət düşərgəsinin vahid mövqeyilə bu təkliflərə qarşı çıxmağı uyğun sayırlar, amma xüsusən Müsavat Partiyası onlarla fikir mübadiləsi etmək istəməyib:

- Dünya təcrübəsi göstərir ki, hətta düşmənlər belə ümumi maraqlar tələb olunanda eyni mövqeden çıxış edirlər.
Arif Hacılı
Amma bu gün Azərbaycan müxalifəti o qədər apolitik (qeyri-siyasi) vəziyyətdədir ki, hətta ümummilli maraqlarda belə bir araya gələ bilmir.

BƏYANAT YETƏR

Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı birgə müzakirəyə ehtiyac görmür, daha doğrusu, özlərinə yaxın partiyalarla birgə bəyanat verdiklərini xatırladır:

- Görünür Sərdar Cəlaloğlu təşəbbüsdə bir qədər gecikib. Kiminlə istəsə, onunla da birgə məsələyə münasibət bildirə bilər.

HƏLƏ VAXTA VAR

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bildirir ki, Milli Məclisə təklif olunan tövsiyələrə iyunun 18-də baxılacağı gözlənir və buna görə də, yekdil rəylə çıxış etməyə imkanları var. İqbal Ağazadə özünə yaxın saydığı müxalif partiya rəhbərləriylə məsləhətləşmələr apardıqlarını və atılacaq addımları götür-qoy etdiklərini deyir:

İqbal Ağazadə
- Mən hər halda indi demək istəməzdim bu addımlar barədə. Çünki onda bu mənim fikrim olacaq.

Amma İqbal Ağazadə istisna etmir ki, onlar aksiyalar keçirə, müzakirələrə təkcə siyasi yox, həm də vətəndaş cəmiyyəti nümayəndələrini də qata, Azərbaycandakı xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlarla görüşə bilərlər.

Parlamentdəki həmkarları arasında çoxluğun rəyini dəyişmək üçün fəaliyyət göstərməyi əhəmiyyətsiz sayan İqbal Ağazadənin fikrincə, hədəf hakim partiyanın təkliflərinin parlamentdə baxılmasının qarşısını almaq olmalıdır. Və buna görə də təsir rıçaqları axtarılmalıdır.

İMKAN HƏR ZAMAN VAR

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, hakimiyyət Qərb dairələriylə razılaşıb bu addımı atır, buna görə də təkliflərin parlamentdə səs alacağı şübhə doğurmur.
Azər Rəşidoğlu
Amma onun fikrincə, hakimiyyətin cızdığı ssenarini dağıtmağa hər zaman imkan var:

- Qərb dairələrində hələ ki, təkliflərlə bağlı yekdil rəy yoxdur. Bundan istifadə edib müxalifət birgə mövqe ortaya qoya bilər. Vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət edə bilər. Lazım gəlsə belə bir qanunla keçiriləcək seçkidə iştirak etməkdən imtina etdiyini söyləyə bilər. Və ya bəri başdan seçkinin nəticələrini tanımadığını, seçiciləri vətəndaş itaətsizliyinə çağıracaqlarını bəyan edə bilər.

Hələlik ilkin rəyini açıqlayan ATƏT-in Bakı ofisi hesab edir ki, namizədə təbliğat üçün kifayət qədər vaxt ayırmaq lazımdır, namizədlər üçün ayrılan vəsaitin kəsilməsi də düzgün deyil.

Təklif müəllifləri isə bildirirlər ki, seçki kampaniyası üçün 75 gün kifayət qədər çox vaxtdır və bu müddət ərzində vətəndaşın öz seçimini etməsi mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG