Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaranın üzünü şərqə çevirməsi barədə iddiaları Qərbin təbliğatı adlandırıb.
Qərb diplomatları Türkiyə ilə İsrail arasında böhranı və İrana qarşı BMT Təhülkəsizlik Şurasının yeni sanskiyasına Ankaranın “yox” deməsini bu ölkənin Qərbdən üz döndərib Şərqə doğru yönlənməsi kimi izah edirlər. Amma baş nazir Ərdoğan bu fikirləri Qərbin pis niyyətli təbliğatı adlandırıb.
ABŞ-ın Müdafiə naziri Robert Qeyts də bildirib ki, Avropa Birliyinin Türkiyəyə üzvlük prosesinin qarşısını alması Ankaranın xarici siyasət kursunda dəyişikliyə və İsraillə münasibətlərin korlanmasına gətirib çıxarır.