Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Azərbaycanda 2600 nəfər sığınacaq almaq üçün növbə gözləyir


Hazırda Azərbaycanda 2600 nəfər sığınacaq almaq üçün növbə gözləyir. Onlar 3-cü ölkə vətəndaşlarıdır.

Bu fikirləri iyunun 10-da BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə Avropa Şurasının birgə keçirdiyi beynəlxalq seminarda Nazirlər Kabinetinin şöbə rəisinin müavini Məhəmməd Məhərrəmov bildirib.

Onun sözlərinə görə 2001- 2003-cü illərdə Azərbaycanda 11 min qaçqın olub, onların əksəriyyəti 3-cü ölkəyə sığınacaq alıblar. İndi 2600 nəfər sığınacaq almaq üçün növbə gözləyir.

BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının eksperti Kristofer Brief bildirib ki, hazırda dünyada 42 milyon məcburi köçkün və qaçqın var. Onun 15 milyondan çoxu qaçqın, təxminən 26 milyonu isə məcburi köçkündür.
XS
SM
MD
LG