Sabirabadda təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyası üzvlərinin iştirakı ilə müşavirə başlayıb.
APA-nın xəbərinə görə, müşavirə təbii fəlakətlə bağlı yaradılan operativ qərargahda baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilir.
Müşavirədə hökumət komissiyasının üzvləri – fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin prezidenti Əhməd Əhmədzadə, nazir müavinləri, icra strukturlarının nümayəndələri iştirak edirlər.