Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 00:58

Əfqanıstanda toyda partlayış olub, 40 adam ölüb


Əfqanıstanın cənubunda partlayışda ölənlərin sayı 40-a çatıb. Yerli polis 75-dən artıq yaralının olduğunu bildirib.

Partlayış iyunun 9-u gecə Qəndəhar əyalətində baş verib, kamikadze toy mərasimi zamanı partlayıcını işə salıb. Onlarla adam hazırda xəstəxanadadır.

Bundan əvvəl yaraqlılar NATO vertolyotunu vurub, 4 ABŞ hərbçisini öldürüblər.

Son 9 gündə beynəlxalq qüvvələrin 29 hərbçisinin öldüyü bildirilir.
XS
SM
MD
LG