Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Prezident həqiqi hərbi xidmətə çağırış haqda fərman verib


Prezident İlham Əliyev vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Çağırış iyulun 1-dən 30-dək davam edəcək.

Fərmanda görə 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

Fərmana görə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.
XS
SM
MD
LG