Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

İrana qarşı yeni sanksiyalar tətbiq edildi


BMT-nin təhlükəsizlik şurası İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Şuranın 12 üzvü qətnamənin lehinə, Türkiyə ilə Braziliya isə əleyhinə səs verib.
Livan isə bitərəf qalıb.

Bu nüvə proqramına görə artıq İrana qarşı tətbiq edilən 4-cü sanksiyadır.

Bu sanksiyalarda xüsusilə İrana gedən şübhəli gəmilərin saxlanması, habelə bu ölkəyə vertolyot və döyüş tankları göndərilməsinin qadağan edilməsi nəzərdə tutulur.

İran prezidenti Mahmud Əhmədinejad bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər sanksiyalar qəbul edilsə Tehran gələcəkdə onun nüvə proqramı ilə bağlı heç bir danışığa getməyəck.
XS
SM
MD
LG