Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Azərbaycanda kiçik pyeslərin müsabiqəsi keçiriləcək


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi kiçik pyeslər üçün müsabiqə elan edib.

Məqsəd gənc yazıçıların əsərlərinə qiymət vermək, onların yaradıcılığını təbliğ eləməkdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq hələ işıq üzü görməmiş Azərbaycan və Rus dillərində olan əsərlər oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qalibləri bir ay müddətinə münsiflər heyəti müəyyən edəcək.

Üç əsas yerə diplom və pul mükafatı veriləcək.

XS
SM
MD
LG