Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:10

Pentaqon Türkiyəyə görə Avropa Birliyini günahlandırıb


Birləşmiş Ştatlar hesab edir ki, Türkiyənin xarici siyasətdə Şərqə doğru yön almasına görə Avropa Birliyi cavabdehlik daşıyır.

Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts bu gün Londonda çıxış edərkən qeyd edib ki, Avropa Birliyi Türkiyənin tezliklə birliyə qəbulunda lənglik göstərir.

O bildirib ki, Vaşinqton və onun müttəfiqləri Qərblə Ankara arasındakı əlaqələrin möhkəmləndirilməsi yollarını fikirləşməlidir.

Pentaqon rəhbəri həmçinin mayın 31-də Qəzzə sahilindəki insidentə görə Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsindən narahatlıq bildirib.
XS
SM
MD
LG