Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:21

2 yaşlı oğlan uşağını məscidin qarşısına atıblar


İyunun 7-də saat 18 radələrində Şahsevərlər küçəsində yaşayan sakinlər Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə məscidinin qarşısında atılmış körpə oğlan uşağı tapıldığını bildiriblər

Hadisə yerinə gələn polis əməkdaşları Təcili Tibbi Yardın Stansiyasının əməkdaşları ilə birgə körpəni 2 saylı Birləşmiş Uşaq xəstəxanasına aparıblar.

İki yaşılı körpə həkimlər tərəfindən müayinə olunub. Xəstəxanadan verilən məlumata görə, körpənin sağlamlığında heç bir problem yoxdur.

Atılmış körpənin valideynləri tapılmasa, o, qanuna uyğun olaraq Körpələr Evinə veriləcək.

Faktla bağlı Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.
XS
SM
MD
LG