Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:00

«Rusiyadan aldığımız qazı azaltmayacağıq»


Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan
Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan
«Azərbaycandan aldığımız və gələcəkdə idxal edəcəyimiz qaz Türkiyənin tələbatının az bir hissəsini ödəyir və əsas hissəsini Rusiyadan idxal edilən mavi yanacaq təşkil edir. Rusiyadan alınacaq qazın miqdarı azalmayacaq və «Şahdəniz» layihəsinin «Mavi axın»a təsiri olmayacaq».

Bunu Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan iyunun 8-də İstanbulda rusiyalı həmkarı Vladimr Putinlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla Türkiyə arasında imzalanmış yeni qaz razılaşmasının Türkiyənin Rusiyadan aldığı mavi yanacağın həcminə mümkün təsiri ilə bağlı deyib.

Məlumatı «AzərTAc» agentliyi yayıb. Vladimir Putin isə bu məsələ ilə bağlı deyib:

«Tərəfdaşlarımız olan Türkiyə və Azərbaycan qaynaqların çeşidləndirilməsi haqqına sahibdirlər. Türkiyənin enerji ehtiyacları artacaq və Rusiya gələcəkdə də bu ehtiyacları təmin edəcək».

Hökumət başçıları ikitərəfli görüş zamanı Aralıq dənizində baş vermiş hadisələrlə bağlı vəziyyəti, beynəlxalq və regional məsələləri, iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini deyiblər.
XS
SM
MD
LG