Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Pənah Hüseyn İsraili pisləyən bəyanat təklif edib


«Milli Məclis Qəzzaya humanitar yardım aparan gəmilərə hücum etmiş İsrailin bu hərəkətini pisləyən bəyanat yaymalıdır. Belə bir bəyanatı hazırlayacaq işçi qrupu yaradılmalıdır».

Bunu Müsavat deputat qrupundan olan üzvü Pənah Hüseyn parlamentin iyunun 8-də keçirilən iclasında deyib.

Hakimiyyəti dəstəkləyən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da belə bir bəyanata ehtiyac olduğunu bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov isə deyib ki, prezident İlham Əliyev artıq İsraillə bağlı fikrini açıqlayıb və prezidentin mövqeyi Azərbaycan cəmiyyətinin mövqeyi kimi qəbul olunmalıdır.

Mayın 31-də İsrail hərbi qüvvələri Türkiyədən gələn Qəzza bölgəsinə yardım aparan 6 yardım gəmisinə hücum edib.

Hücumda azı 10 Fələstinyönümlü fəal öldürülüb.

İsrail hərbçiləri bildirirlər ki, gəmilər 4 ildir ki, mühasirədə saxlanan Qəzza bölgəsinin mühasirəsini yarmaq istəyiblər.

Türkiyə tərəfi hücumu pisləyir və gəmilərdə yalnız mühasirədə olan Qəzzə bölgəsinə yardım aparıldığını bildirir.
XS
SM
MD
LG