Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 04:50

Əfqanıstandan alınan narkotikə görə Rusiya bir milyon vətəndaşını itirib


Rusiya narkotiklərə nəzarət üzrə federal agentlikdən bildiriblər ki, Əfqanıstandan gələn narkotiklər ucbatından son on ildə bir milyon nəfərə yaxın Rusiya vətəndaşı həlak olub. Təşkilatın direktoru Viktor Ivanov iyunun 7-də bildirib ki, bu ölkədən gətirilən narkotikdən ümumilikdə 16 milyon adam ziyan çəkib.

Rusiya rəsmiləri tez-tez ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi narkotik maddələr əlayehinə tədbirləri də tənqid edirlər. Rəsmilərin məlumatına görə təkcə keçən il Rusiyada 30 000 adam Əfqanıstandan gətirilmiş narkotik maddələrin istifadə edilməsinə görə həlak olub.
XS
SM
MD
LG