Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:24

İranda qadın bankı yaradılıb


İranın dövlət informasiya agentliyi xəbər verir ki, iyunun 7-də ilk dəfə Məşhəddə yalnız qadınların olan bank açılıb. Bu, İranın Mərkəzi Bankının filialı kimi fəaliyyət göstərəcək.

Bankda qadınlara kişilərin iştirakı olmadan özlərinin bütün maliyyə məsələlərini yoluna qoymaq üçün xidmət göstərəcək. Bununla da rəsmilər İran qanunları ilə qadınların kənar kişilərlə hər hansı ünsiyyətinin qadağan olunması ilə yaranan problemin həll edildiyini düşünürlər.

İranın bəzi şəhərlərində həmçinin yalnız qadın sürücülərin idarə etdikləri taksi xidmətləri də yaradılır.
XS
SM
MD
LG