Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:36

Sloveniyalı seçicilər ötən ilki razılaşmanı dəstəkləyib


Sloveniyalı seçicilər referendumda Xorvatiya ilə sərhəd mübahisəsinə öz münasibətlərini bildiriblər. Onlar məsələnin beynəlxalq arbitraj komissiyada həll olunmasıyla bağlı ötən il iki ölkə arasında əldə olunmuş razılaşmanı dəstəkləyiblər.

Referendumun nəticələrinə görə, 51, 5 faiz seçici Xorvatiya ilə ötən noyabrda imzalanmış və Xorvatiyada artıq təsdiqlənmiş razılaşmanı bəyənib.
Sərhədlə bağlı mübahisəni beynəlxalq arbitraj komissiyası həll eləyir.

İki ölkə arasındakı mübahisə Piran körfəzində dəniz sərhədi ilə bağlıdır.

Sloveniya beynəlxalq sulara birbaşa çıxış istəyir.

Xorvatiya isə bunun birbaşa yox, yalnız onun ərazisindən mümkün olduğunu deyir.

Bu mübahisə Xorvatiyanın Avropa Birliyinə qoşulmasını əngəlləyən məsələlərdən biridir.
XS
SM
MD
LG