Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:00

ABŞ müdafiə naziri Robert Qeyts Bakıya gəlib


Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts bu gün Azərbaycana gəlib.

İki günlük səfər çərçivəsində iyunun 6-da Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, iyunun 7-də isə prezident İlham Əliyevlə görüşməlidir.

Danışıqlar zamanı Əfqanıstandakı ABŞ qüvvələrinin təhcizatında Azərbaycanın hava məkanından istifadə edilməsi və iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Robert Qeyts Bakıya Sinqapurdan gəlib.

O Bakıdan sonra Londona, ordan isə NATO müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə yollanacaq.
XS
SM
MD
LG