Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:19

Sloveniyada referendum keçirilir


Bu gün Sloveniyada Xorvatiya ilə ərazi mübahisəsinin həlliylə bağlı referendum keçirilir.

Seçicilər məsələnin beynəlxalq arbitraj komissiyada həll olunmasıyla bağlı ötən il iki ölkə arasında əldə olunmuş razılaşmaya münasibət bildirməlidilər.

Söhbət Piran körfəzində dəniz sərhəddindən gedir.

Sloveniya beynəlxalq sulara birbaşa çıxış istəyir.

Xorvatiya isə bunun birbaşa yox, yalnız onun ərazisindən mümkün olduğunu deyir.

Bu mübahisə Xorvatiyanın Avropa Birliyinə qoşulmasını əngəlləyən məsələlərdən biridir.
XS
SM
MD
LG