Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 03:43

İsrail Qəzzəyə yardım aparan gəmini güclə hədələyib


İsrail bəyan edib ki, əgər Qəzzəyə yardım aparan İrlandiya gəmisi onun cənub sahilindəki limana doğru hərəkət etməsə İsrail əsgərləri gəmini zəpt edəcəklər.

İsrail komandanlığının sözçüsü Aviqdor Libermanın sözlərinə görə, gəmidəkilərə xəbərdarlıq edilib ki, əgər gəmi kursunu dəyişməsə güc tətbiq ediləcək.

İsrail Qəzzə sahillərinin 50 kilometrliyində olan gəmiyə kursu dəyişərək onun Aşdod limanına yan almağı əmr edib.

Yarımın təşkilatçıları İsrail qüvvələrinə qarşı müqavimət göstərməyəcəkıərini bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG