Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 03:51

AŞPA-da Azərbaycanda demokratik təsisatların fəaliyyəti müzakirə olunacaq


Avropa Şurası
Avropa Şurası
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 21-dən 25-dək davam edəcək yay sessiyasının gündəliyi açıqlanıb.

Sessiyanın birinci günü ənənəvi olaraq qurumun bürosunun və siyasi qrupların yığıncağı keçiriləcək, Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya bürosunun fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Makedoniya xarici işlər naziri Antonio Miloşoski başçılıq etdiyi təşkilatın sessiyalararası fəaliyyətindən danışacaq, deputatların ona ünvanlanmış yazılı və şifahi suallarına cavab verəcək.

İyunun 22-də avropalı deputatlar Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimləri seçəcək, «Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması», «Kosovoda vəziyyət və AŞ-nın rolu», «Avropada rumınların vəziyyəti» məsələləri ətrafında fikir mübadiləsi aparacaq.

Sessiyanın sonrakı günlərində «Avropada demokratiyanın vəziyyəti», «İqtisadi böhranın siyasi tərəfləri», «Avropada demokratiya: böhranlar və perspektivlər», «Azərbaycanda demokratik təsisatların fəaliyyəti», «Meşələr: planetimizin gələcəyi», «İslam. İslamizm və islamofobiya» və digər məsələlər müzakirə ediləcək.

Sessiyanın gedişi zamanı Makedoniyanın prezidenti Rjarje İvanovun, Çernoqoriyanın Baş naziri Milo Dukanoviçin, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə yüksək rütbəli nümayəndəsinin və tanınmış sosioloq Alen Türenin çıxışları nəzərdə tutulub.

Sessiya öz işini iyunun 25-də yekunlaşdıracaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG