Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Azərbaycanın adı futbol tarixinin ən səs-küylü 10 hadisəsi sırasında


CNN kanalı futbol üzrə dünya çempionatları tarixinin ən qalmaqallı 10 hadisəsinin siyahısını tutub. Bu hadisələrdən birinin (sayca 7-ci) əsas qəhrəmanı Azərbaycanlı futbol hakimi Tofiq Bəhramovdur.

Söhbət 1966-cı ildə İngiltərə ilə Qərbi Almaniyanın (AFR) görüşdüyü məşhur final oyunundan gedir.

CNN bunu «futbol tarixinin ən çox mübahisə doğuran hadisəsi» adlandırır. Yazır ki, dünya çempionatına sahiblik edən İngiltərə oyunun lap sonunda - 89-cu dəqiqədə öz qapısından top buraxaraq qələbəni əldən çıxarır. Almanlar hesabı bərabərləşdirilər: 2-2.

Əlavə vaxtın 11-ci dəqiqəsində ingilislərin oyunçusu Geoff Hurstun güclü zərbəsi qapının üst dirəyinin içəri tərəfindən tutur, böyük sürətlə yerə dəyib çərimə meydançasına qayıdır. Almanların müdafiəçisi topu başı ilə meydandan çıxarsa da, ingilislərin hücumçusu Roger Hunt əllərini qaldırıb sevinməyə başlayır.

Oyunun baş hakimi Azərbaycandan olan yan xətt hakimi ilə məşvərətdən sonra qolu sayır.

CNN yazır: Lakin qol var idimi? Çox güman ki, yox. Amma bundan ruhlanan ingilislər daha bir qol vuraraq dünya çempionu oldular.

BU TARİXİ EPİZODUN YOUTUBE PORTALINDAN GÖTÜRDÜYÜMÜZ GÖRÜNTÜLƏRİNƏ BAXIB ÖZÜNÜZ NƏTİCƏ ÇIXARIN: TOFİQ BƏHRAMOV HAQLI İDİ, YOXSA YOX.



CNN-NİN ƏN MƏŞHUR 10 HADİSƏSİNİN TAM SİYAHISI İLƏ BURADA TANIŞ OLUN.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG