1992-1995-ci illərin Bosniya müharibəsində ağır cinayətlərə yol verməkdə ittiham olunan keçmiş serb əsgər ABŞ vətəndaşlığından çıxarılaraq Serbiyaya verilib.
ABŞ-ın Ədliyyə Nazirliyi 47 yaşlı Jadranko Gosticin iyunun 4-də Serbiyaya verildiyini bildirib. Nazirlik qeyd edir ki, o, 1999-cu ildə ABŞ vətəndaşlığını istəyərkən Serb ordusundakı Zvronik briqadasında qulluq etdiyini gizlədibmiş. Amma işin üstü 2006-cı ildə açılıb.
Beynəlxalq məhkəmə Zvornik briqadasını müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə və 1995-ci ildə Srebrenicada 8 000 müsəlman kişinin qətlə yetirilməsində ittiham edir.