Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Beynəlxalq təşkilatlar aksiya təşkil edib


İyunun 3-də Azərbaycanın Londonda və Moskvadakı səfirliklərinin qarşısında piket keçirilib. Aksiyaçılar jurnalist Eynulla Fətullayevin Azərbaycanda həbsdə saxlanmasına etiraz ediblər.

Bununla yanaşı, məhbus bloqçular Adnan Hacızadə və Emin Millinin dərhal azadlığa buraxılması tələb olunub.

Aksiyanı «Amnesty İnternational», «Article 19», «English PEN» və «İndex on Censorship» beynəlxalq insan haqları qurumları təşkil edib.

2007-ci ildə Eynulla Fətullayev vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamlarıyla üst-üstə 8 il yarım həbs cəzası alıb.

Avropa Məhkəməsinin çıxardığı qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamıyla məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG