Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:50

Azərbaycanın hərbi doktrinası Milli Məclisdə müzakirə olunacaq


İyunun 3-də Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Azərbaycanın Hərbi doktrinası layihəsini müzakirə edərək sənədi Milli Məclisin müzakirəsinə tövsiyə edib.

Sənəd bir müddət əvvəl ölkə başçısı tərəfindən müzakirəyə təqdim edilib.

Hərbi doktrina milli təhlükəsizliyin hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericilyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin vəzifələrini, onların hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyən edir. Sənəddə Azərbaycanın hərbi əməkdaşlıq məsələləri də əksini tapıb.

Sənəddə Ermənistanın işğalçı dövlət olması məsələsi də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG