Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Azərbaycana pilotsuz aparatın istehsalı təklif olunub


Türkiyənin «Global Teknik» şirkəti Azərbaycana mini pilotsuz aparatların birgə istehsalını təklif edib.

APA-nın məlumatına görə GLOBİHA adı verilmiş pilotsuz aparat mayda İordaniyada keçirilən SOFEX sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalova təqdim olunub.

Benzin və ya elektrik mühərriki ilə işləyə bilən aparat 15 km yüksəklikdə saatyarım uça bilir.

Aparatdan sərhədlərin təhlükəsizliyi, sahillərin mühafizəsi, kəşfiyyat, hədəflərin təsbiti, xəritəçilik, neft kəmərlərinin mühafizəsi və digər işlərdə istifadə oluna bilər.



XS
SM
MD
LG