Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Azərbaycan Xudafərin su anbarına nəzarət etmək üçün İranla danışıqlar aparır


Azərbaycan "Xudafərin" Su Anbarına nəzarət etmək üçün İranla danışıqlar aparır. Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəisi Əhməd

Əhmədzadə bildirib. Anbarın Azərbaycana aid ərazisi işğal altında olduğundan Azərbaycan tərəfi ona nəzarət edə bilmir.

Əhməd Əhmədzada bildirib ki, bu məqsədlə qarşıdakı günlərdə yeni protokol imzalanacaq və bundan sonra anbardan Araza buraxılan su Azərbaycan tərəfilə razılaşdırılacaq.

Qeyd edək ki, bu gün yenidən Kür və Araz çaylarının səviyyəsində artım qeydə alınıb. Kürün səviyyəsi ümumilikdə 12 santimetr artıb.

Arazdan isə hazırda saniyədə 480 kubmetr su keçir.

Daşqın təhlükəsinin qarşısını almaq üçün Arazın yeni açılmış qolundan buraxılan su isə artıq İmişlinin Qızılkənd kəndini keçib.

Yeni qoldan buraxılan su əkin sahələrinə sızdığından əhali arasında narazılıq yaranıb.

Sızmanın qarşısını almaq üçün həmin ərazilərə texnika cəlb olunub, tədbirlər görülür.

/ANS/
XS
SM
MD
LG