Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 08:58

İsrail saxladığı Türkiyə vətəndaşlarını vətənlərinə göndərib


İsrail Qəzzə sahilləri yaxınlığında tutduğu 700-ə yaxın xaricini ölkədən çıxarır.

İsrail əsgərləri ötən bazar ertəsi Qəzzəyə hümanitar yardım gətirən gəmiləri saxlayarkən azı 9 fəal öldürülüb.

İnsident İsraillə Türkiyə arasındakı münasibətləri daha da gərginləşçdirib.

Türkiyə vətəndaşı olan 400-dən çox fəal bu gün təyyarələrlə Türkiyəyə göndərilib.

Təyyarələri Türkiyə göndərib.

Həmçinin Yünanıstan öz vətəndaşlarını çıxarmaq üçün İsrailə təyyarə göndərib.

İsraillə diplomatik münasibətləri olmayan qalan müsəlman ölkələrindən olan 124 fəal isə İordaniyaya göndərilib.

İordaniyaya deportasiya olunanlardan bəziləri İsraildə həbsdə olarkən onlara yemək və su verilmədiyini, yatmaq və tualetə getməyə imkan verilmədiyini deyirlər.

XS
SM
MD
LG