Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:49

Klinton Qəzza insidentinə «ehtiyatlı» reaksiya verməyə çağırıb


ABŞ Dövlət katibi Qəzzaya sahilində baş verən insidentə «ehtiyatlı» reaksiya verməyə çağırıb.

Hillari Klinton iyunun 1-də Vaşinqtonda türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Türkiyə açıq şəkildə İsrailin pislənməsini istəyir.

Dövlət katibi insidentin müstəqil beynəlxalq araşdırılmasının aparılacağını istisna etməyib.

Bundan əvvəl ABŞ prezidenti Barak Obama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı insidentdə ölən türk vətəndaşlarına görə başsağlığı verib.

Ərdoğan dünən İsrailin Qəzzaya yardım daşıyan gəmi karvanına hücumunu «dövlət terrorizmi» adlandırıb.

BMT Təhlükəsizlik Şurası İsrail hərbçilərinin hərəkətlərini pisləyib və hadisə ilə bağlı müstəqil, obyektiv və şəffaf istintaq aparılmalı olduğunu bildirib.
XS
SM
MD
LG