Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:48

BMT-də Türkiyə-İsrail mübahisəsini ABŞ və dostu qazandı


BMT Təhlükəsizlik Şurasında Türkiyə-İsrail mübahisəsi müzakirə edilib
BMT Təhlükəsizlik Şurasında Türkiyə-İsrail mübahisəsi müzakirə edilib
Türkiyənin tələbiylə yığışan BMT Təhlükəsizlik Şurası İsrail komandoslarının Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu müzakirə edib. Təhlükəsizlik Şurası hücumu və azı 9 nəfərin həlak olmasını pisləyib, tənqid edib. Amma 12 saatlıq gərgin müzakirələrdən sonra qəbul edilən bəyanatın tonu Türkiyənin və ərəb ölkələrinin istədiyi kimi kəskin olmayıb, daha mülayim olub.

Təhlükəsizlik Şurası İsraili yox, insanların ölümünə səbəb olan davranışları pisləyib və hadisəylə bağlı «tərəfsiz» və «şəffaf» araşdırma aparmağa çağırıb.

Türkiyədən yola çıxan 6 gəmi İsrailin xəbərdarlıqlarına baxmayaraq Qəzzanın dənizdən blokadasını yarmaq və humanitar yardımı birbaşa Həmasın nəzarətindəki torpağa çatdırmaq üçün israrla cəhd edib. Amma bazar ertəsinə keçən gecə İsrail komandosları katerlərdən və vertolyotlardan gəmilərə enib, müsadirə etməyə cəhd edəndə qarşıdurma yaranıb, İsrail hərbçilərinin atəşi nəticəsində azı 9 nəfər fələstinpərəst fəal həlak olub, onlarla adam yaralanıb.

Təhlükəsizlik Şurasındakı müzakirələrdə Türkiyə ölümlərin məsuliyyətini ancaq İsrailin daşıdığını göstərən sənəd qəbul edilməsini istəyib.

BU DÖVLƏTİN TÖRƏTDİYİ QƏTLDİR

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu İsraili ən sərt ifadələrlə ittiham edib:

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu İsraili ən sərt ifadələrlə ittiham edib
«Bu hücum yolkəsənlik və quldurluqdur. Bu dövlətin törətdiyi qətldir. Buna başqa ad vermək, ya da haqq qazandırmaq olmaz. Bu yolu tutan millət-dövlət beynəlxalq ictimaiyyətin normal üzvü olmaq hüququnu itirib».

Amma İsrail və müttəfiqi olan ABŞ yardım aparmaq məqsədiylə blokadanı yarmağa çalışan fəalların da müəyyən məsuliyyət daşıdığı fikrini müdafiə edib.

İsrailin BMT-dəki səfirinin müavini Daniel Karmon humanitar yardım aparanların hərəkətlərinə qiymət verilməsini istəyib:

HANSI YARDIMSEVƏRLƏR HƏMAS TERRORÇU TƏŞKİLATINI DƏSTƏKLƏYƏR?

«Hansı sülhməramlı fəallar bıçaqlardan, dəyənəklərdən, əsgərlərdən oğurladıqları silahlardan beynəlxalq qaydalara uyğun şəkildə gəmiyə enən əsgərlərə qarşı istifadə edər? Hansı yardımsevərlər, iki dövlətli həll prinsipinə qarşı çıxan və İsrailin məhvini istəyən Həmas terrorçu təşkilatını dəstəkləyər?».

ABŞ-ın BMT-dəki nümayəndəsi Alexandro Volf da humanitar yardım gəmilərini göndərənlərin İsrailin blokadasını yarmaq cəhdlərini tənqid edib. O deyib ki, bu çox məsuliyyətsiz və əsaslandırılmamış addım idi.

ABŞ nümayəndəsi sonda Vaşinqtonun olayla bağlı tərəfsiz araşdırma aparılmasında israr etdiyni vurğulayıb.
İsrail hərbçiləri yaralıları hospitala aparırlar, 31 may 2010
Nəticədə yekun sənəd də elə ABŞ-ın istədiyi şəkildə olub.

SƏNƏD ANKARANI QANE ETMƏYİB

Ölənlərin əksəriyyətinin türk olması, gəmilərdəki yüzlərlə Türkiyə vətəndaşının hələ də İsraildə həbsdə saxlanması və Türkiyə bayrağı daşıyan gəminin də müsadirə olunmasını nəzərə alanda bu sənəd Ankaranı qane etməyib.

Düzdür, Təhlükəsizlik Şurası qətnamədə İsraildən tutulanları dərhal azad etmək, yaralıların və cəsədlərin dərhal ölkələrinə göndərilməsinə şərait yaratmaq və gəmilərdəki humanitar yardımı Qəzzaya çatdırmaq tələb edilib.

İSRAİL İZAHAT VERMƏLİDİR

Amma, müzakirələrdə iştirak edən bəzi Qərb dövlətlərinin nümayəndələri də bildiriblər ki, İsrail bölgədəki fəaliyyətində daha məsuliyyətli olmalıdır.

Britaniyanın BMT-dəki səfiri Mark Lyal Grant deyib ki, ümumiyyətlə İsrailin beynəlxalq normalara uyğun olaraq hərəkət etməsinə ciddi ehtiyac var. Tələfatın çox olmasını nəzərə alanda, İsrail baş verənlərlə bağlı tam, geniş və açıq izahat verməlidir ki, necə olub ki, bu qədər adam ölüb, tələfatın çox olmaması üçün nə edib və s.

Səfir Grant İsrailin Qəzzayla bağlı siyasətinin dəyişməsinin vacibliyini vurğulayıb. Çünki, Britaniya nümayəndəsinin fikrincə, Qəzzanın 4 illik blokadası qəbuledilməzidr, əks-effekt verir və BMT normalarına da görə qanunsuz olduğu üçün qaldırılmalıdır.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG