Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb


Qafqaz Müsəlmanları İdarəsi İsrail ordusunun Qəzza zolağına yardım aparan Türkiyə gəmilərini atəşə tutması faktını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, «blokadada olan Qəzza sakinlərinə humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq hüquqa uyğun gəlməyən rəftar nümayiş etdirilməsi təmsil etdiyimiz bölgənin müsəlmanlarının hiddətinə səbəb olub».

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, bəşər övladına göndərilmiş bütün səmavi dinlər insanların bir-birinə mərhəmət göstərməsini, çətinlik çəkənlərə yardım edilməsini vacib buyurur:

«Beynəlxalq hüquq da bu humanist prinsipləri təsbit edir. Belə olan halda illərlə mühasirədə saxlanılan, dünyadan təcrid edilmiş, faktiki olaraq yaşam hüququndan məhrum olunmuş Qəzza bölgəsinə yardım etmək məramı ilə səfərə çıxmış beynəlmiləl heyətə - dinc insanlara qarşı zor işlədilməsi, onların həyatına qəsd edilməsi qətiyyən yolverilməz və insanlığa zidd bir addımdır».
XS
SM
MD
LG