Keçid linkləri

2026, 15 Avqust, şənbə, Bakı vaxtı 17:25

Türkiyə səfirliyi qarşısında aksiya

İyunun 1-də «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib.

Aksiyada İsrailin mayın 31-nə keçən gecə Qəzzaya humanitar yardım aparan gəmi karvanına basqını pislənilib və qınanılıb.

Aksiya iştirakçıları Türkiyə Cümhuriyyətinə və Türkiyə xalqına dəstəklərini və həmrəyliklərini bildiriblər, İsrail əleyhinə şüarlar səsləndiriblər.

Aksiyanın sonunda İctimai Birliyin etiraz məktubu diplomatik missiyaya təqdim edilib. /AnsPress/
XS
SM
MD
LG