Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:13

Hillari Klinton İlham Əliyevə məktub ünvanlayıb


«Azərbaycan enerji ehtiyatlarının ticarət və sərmayə vasitəsilə insanları birləşdirən dövlətin nümunəsini təmsil edir».

ABŞ Dövlət Katibi Hillari Klintonun 17-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransı Münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda belə qeyd olunur.

Məktubda deyilir ki, Azərbaycan dünya bazarlarına enerji ehtiyatlarını çatdıran vacib və etibarlı təchizatçıya çevrilib:

«Azərbaycanın öz ehtiyatlarını məsuliyyətlə istismar etmək üçün götürdüyü öhdəlik sürətli iqtisadi inkişafa gətirib çıxarmış və minlərlə Azərbaycan vətəndaşı üçün peşəkar inkişaf imkanları yaratmışdır. Bu isə öz növbəsində, ölkənin müstəqilliyini gücləndirmişdir. Bölgədəki qonşu dövlətlərlə, o cümlədən Gürcüstan və Türkiyə ilə sıx işləyərək Şərq-Qərb enerji dəhlizinin inkişafında uğura imza atmısınız. Sözügedən dəhlizə Bakı-Tiflis Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri də daxildir. Bu kəmərlər əməkdaşlıq və öhdəlik sayəsində əldə oluna biləcək yüksək zirvənin təzahürüdür. Birləşmiş Ştatlar bu kimi vacib layihələrin reallaşmasında Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur».

Hillari Klinton bildirir ki, ABŞ hökuməti Azərbaycanın neft və təbii qaz yataqlarının işlənməsinə və enerji təchizatı marşrutlarının diversifikasiyasına dair səylərini dəstəkləyir:

«Biz, yaxın gələcəkdə qaz ehiyatlarının Avropaya nəqlini nəzərdə tutan cənub dəhlizinin reallaşmasında Azərbaycanın davamlı liderliyinə ümid bağlayırıq. Enerji ehtiyatlarının inkişafına təkan verən Azərbaycan, Birləşmiş Ştatlar timsalında güclü tərəfdaş tapacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG