Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:56

Almaniya prezidenti istefa verir


Almaniya prezidenti Horst Koler elan edib ki, istefa verir.
Onun sözlərinə görə, istefa dərhal qüvvəyə minir.

Prezidentin addımı onun Əfqanıstandakı missiya haqda dediklərindən sonra yaranan tənqidlərə cavabdır.
Bu yaxınlarda Əfqanıstana səfərdən sonra prezident radioya müsahibəsində demişdi ki,
Almaniyadan qıraqda gücdən istifadə olunmasına hazırlıq olmalıdır fikrinə alman cəmiyyəti tədricən gəlir.

O demişdi ki, bu, azad ticarət yollarını qorumaq kimi Almaniya maraqları və regionu sabitsizlikdən qorumaq kimi fikirlərlə əsaslandırılır.

Prezidentin tənqidçiləri bu sözləri silah diplomatiyası kimi yozurlar.
XS
SM
MD
LG