Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 20:34

Dini ədəbiyyat satmaq üçün icazə olmalıdır


«Dini kitabları icazə almadan satmaq qadağandır. Bunu üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət olunmalıdır».

Bunları AzadlıqRadiosuna komitənin cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Qədirov deyib. Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliklər bunu tələb edir.

M. Qədirov deyir ki, bölgədə 15 ixtisaslaşmış dini kitab satan mağaza var. Burada xüsusi geyimlər də satılır. Sahibkarlara xəbərdarlıq edilib. Lakin qeydiyyat tam başa çatmayıb:

«Son 10 ildə dini kitablar satan mağazaların,köşklərin sayı iki dəfə azalıb.Çünki bu sahə qazanc gətirmir.Buna görə də sahibkarlar dini kitabların satışından imtina edirlər».

M. Qədirovun sözlərinə görə, bu sahəyə nəzarət kənardan gələn dini ədəbiyyatların qarşısını alacaq.
XS
SM
MD
LG