Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:28

Azərbaycanın Hərbi Doktrinası müzakirə olunacaq


İyunun 3-də Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsində Azərbaycanın Hərbi Doktrinası müzakirə olunacaq.

Bu barədə jurnalistlərə mayın 31-də Komitənin üzvü Zahid Oruc məlumat verib. Millət vəkili deyib ki, layihə komissiyada müzakirə ediləndən sonra iyun ayında parlamentin növbədənkənar iclasına çıxarılacaq.

Millət vəkili sənəddə Ermənistanın işğalçı dövlət kimi əks olunacağını deyib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev Azərbaycanın Hərbi Doktrina layihəsini parlamentə göndərib.
XS
SM
MD
LG