Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 03:24

Komandir əsgərlə macəraya görə azad olunub


Əfqanıstandakı Kanada qüvvələrinin komandanı briqada generalı Daniel Menar bu vəzifədən kənarlaçdırılıb.

Komandanlığın yaydığı bəyanatda onun xidmət qaydalarını pozduğu bildirilir.

Bu xüsusilə hərbçilərlə qarşılıqlı münasibətlərə aiddir.

Amma hələlik məsələnin detallarına aydınlıq gətirilmir.

Kanada mətbuatının yazdığına görə istefaya səbəb onun tabeçiliyində olanlardan biriylə macəra yaşaması olub.

Hazırda Əfqanıstanda 2800 Kanada əsgəri var.
XS
SM
MD
LG