Avstriya paytaxtının sakinləri öyünə bilərlər: onlar dünyanın ən yaxşı şəhərində yaşayırlar. Vyana yaşamaq üçün ən yararlı şəhər reytinqində birincidir.
Sonrakı iki yer isə İsveçrənin Sürix və Cenevrə şəhərlərinin payına düşüb.
SİYASƏTDƏN MƏİŞƏT TULLANTISINA QƏDƏR
Amerikanın nüfuzlu «Mercer» konsaltinq şirkəti dünya şəhərləri arasında 10 kateqoriya, 39 faktor üzrə təhlil aparıb. Şəhərlər siyasi stabillik, cinayətkarlığın səviyyəsi, qanunvericiliyin işləməsi, iqtisadi-sosial mühit, bank xidməti, senzura, şəxsi azadlıq, tibbi xidmət və təchizatın səviyyəsi, o cümlədən məişət tullantılarının idarə olunması, havanın çirklənməsi, təhsil, elektrik, su təminatı, ictimai nəqliyyat, restoran, kino-teatr, əyləncə yerləri, mənzillə təchiz olunma kimi göstəricilər üzrə qiymətləndirilib.
İlk onluq belədir:
- Vyana (Avstriya)
- Sürix (İsveçrə)
- Cenevrə (İsveçrə)
- Vankuver (Kanada)
- Oklend (Yeni Zelandiya)
- Düsseldorf (Almaniya)
- Münhen (Almaniya)
- Frankfurt (Almaniya)
- Bern (İsveçrə)
- Sidney (Avstraliya)
İLK 50-LİKDƏ RUSİYA YOXDUR
Avropanın 16 şəhəri ilk 25-likdə dominatlıq eləyir.
Cədvəlin ilk 50-liyinə Boyük Britaniyanın yalnız paytaxtı düşüb: London bu reytinqdə 39-cu yerdədir.
Həyat keyfiyyəti reytinqində ABŞ 31-ci yerlə başlayır, bu ölkənin Qonolulu şəhəri o birilərini qabaqlayıb. Birləşmiş Ştatların San-Fransisko, Çikako, Boston, Vaşinqton, Nyu-York, Sietl şəhərləri ilk 50-likdə qərar tutub.
Rusiya şəhərlərindən heç biri ilk 50-liyə daxil ola bilməyıb.
BAKI YAŞAMAĞA AZ YARARLIDIR
Asiyada yaşamaq üçün ən əlverişli şəhər Sinqapur (28-ci yer) hesab olunur. Daha sonra isə 40-cı yerdə Tokio (40-cı yer) gəlir.
Orta Şərqdən Dubay 47-ci yerdədir, Bağdad isə cədvəlin axırlarında, 221-ci yerdə qərar tutub. İraq paytaxtında təhlükəsizlik və sabitlik çatışmır.
Keçmiş Sovet respublikalarından ilk 100-lüyə yalnız Avropa Birliyi məkanına daxil olan Baltikyanı respublikalar düşüblər: Vilnüs (79), Tallin (89), Riqa (91).
Ukrayna paytaxtı isə ilk 100-lüyə düşə bilməyib: Kiyev 161-ci yerdə qərar tutub. Rusiya şəhərlərindən yalnız Moskva (166) və Sankt-Peterburq (170) siyahıya düşə biliblər.
Bakı isə tutduğu 196-cı yerlə Yerevandan (174), Almatadan (175) və Minskdən (185) dala qalır. Tbilisinin də reytinqi (217) aşağıdır.
«YAŞAYIŞA BAX, MAAŞ VER»
«Mercer» araşdırmaçıları bildirir ki, bu cədvəl bir sıra iri beynəlxalq şirkətlərə öz əməkdaşlarının həyat və iş şəraitini qiymətləndirməyə, personalı düzgün seçməyə və əməkhaqlarını düzgün təyin etməyə imkan verir.
ƏN YAŞIL ŞƏHƏR
«Mercer» araşdırmaçıları bir cədvəl də hazırlayıblar. Bu cədvəl ekoloji göstəricilər əsasında şəhərləri saf-çürük edib.
Şimali Amerika Kalqari, Qonolulu və Ottava şəhərləriylə «ən yaşıl şəhər» cədvəlinin ilk üçlüyündədir.
Yaşamaq üçün ən yararlı şəhərlərin siyahısı 2007-ci ildən dərc olunur.
«Mercer» dünyanın 420 şəhərində yerli yaşayış vəziyyətinin qiymətləndirib.