Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:50

Adam ölüm ayağında olanda da, kompyuter daha düz qərar verir


Bu sehrli qutu camaatı lap çaş-baş salıb
Bu sehrli qutu camaatı lap çaş-baş salıb
Yenə söhbət kompyuterlərdəndir. Qocalar demişkən, bu sehrli qutu camaatı lap çaş-baş salıb.

Amerikalı alimlər isə yeni bir araşdırma aparıblar. Araşdırmadan məlum olub ki, kompyuterlər adamların həyatına o qədər daxil olub ki, ər-arvad mebel alanda da, kompyuterlə məsləhətləşirlər. Hətta adam ölüm ayağında olanda da, kompyuter daha düz qərar verirmiş.

ABŞ-ın Tədqiqatlar Qrupunun əməkdaşları bu qənaətə gəliblər ki, kompyuter koma vəziyyətində olan adamın həyatda qalıb-qalmamasıyla bağlı daha düzgün qərar verir, nəinki həmin adamın yaxınları.

Devid Vendler Merilend ştatındakı Milli Səhiyyə İnstitutunun əməkdaşıdır. O və həmkarları bir qədər əvvəl aparılan tədqiqatı yenidən nəzərdən keçiriblər. Həmin tədqiqatda pasiyentlərdən müxtəlif ssenarilər üzrə hansı tibbi müalicə üsullarını üstün tutduqlarını soruşublar. Sonra isə onların ailələrindən də həmin adamların istəyini təxmin etməyi xahiş ediblər. Vendlerə görə, ailələrin fikri nisbətən düz olub. Ancaq bu heç də həmişə belə olmur:

«Orta hesabla üç haldan ikisində onlar pasiyentlərin istəyini düz tapırlar. Bir halda isə yanılırlar».

Araşdırmadan o da məlum olub ki, ailələr tam dəqiq olmasa da, təxminlərində bu məsələdə həkimlərdən daha az yanılırlar. Ancaq Vendlerin və həmkarlarının icad etdiyi proqram pasiyentlərin istəyini 78.5 faiz dəqiq deyir.

Belə sual da çıxır. Bəs niyə görə ailələr öz yaxın adamlarının istəyini daha dəqiq təyin edə bilmirlər? Vendler də bu suala dəqiq cavab verə bilmir. Ancaq deyir ki, holland iqtisadçılar Devi Loruc və Lük Varlop ər-arvadın mebel almasıyla bağlı tədqiqatlar aparıblar. Məlum olub ki, uzun müddət ailə həyatı yaşayan kişiylə qadın bir-birlərinin zövqünü təxmin etməkdə çətinlik çəkirlər. Onlar daha çox əvvəldən yaddaşlarında qalmış inanc və gümanlara əsaslanırlar. Onlar bir-birinin əslində nəyi xoşladıqlarına diqqət yetirməkdənsə, əvvəllər yaddaşlarında qalan gümanlara əsaslanırlar.

Kompyuterin bu yüksək qabiliyyətinə baxmayaraq, ABŞ tədqiqatçıları xəstəxanalarda gözləyən ailələri kompyuterlərlə əvəzləməyi təklif etmirlər. Əvəzində bunu təklif edirlər. Bu kompyuter proqramı ailələrə çətin vaxtda daha çox məlumatlar verməkdə kömək edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG