Şirvan çadır şəhərciyində fəlakət zonasından hazırda 1323 nəfər qalır.
Bu barədə «APA»ya çadır şəhərciyində fəaliyyət göstərən Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Mehdixan Süleymanov məlumat verib.
Ümumilikdə Şirvan şəhərində çadır şəhərciyi ilə yanaşı, daha iki məktəbdə fəlakət zonasından 418 nəfər sakin yerləşdirilib. Şirvan şəhər çadır şəhərciyində hal-hazırda 204 çadır qurulub və burada Sabirabadın 14 kəndindən köçürülmüş insanlar yaşayır. Şəhərcikdə məskunlaşanlara bütün növ xidmətlər göstərilir. Gün ərzində kənd sakinləri yaxınlıqda yerləşən Şadlıq Sarayında gündə 3 dəfə yeməklə təmin edilir, şəhərciyin daimi içməli və təmiz su təminatı var. Çadır şəhərciyində 4 ədəd genişekranlı televizor və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 5 ədəd şəhərlərarası telefon quraşdırılıb. İki tibb məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir.