Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:39

Belorusun keçmiş liderinin aylıq pensiyası bir manat imiş


Belorusun keçmiş lideri Stanislav Şuşkeviç hökuməti onun pensiyasını qaldırmağa çağırıb. Şuşkeviçin bu barədə müraciətini "Narodnaya Volya" çap edib.
1997-ci ildə prezident Aleksandr Lukaşenko Şuşkeviçə 3200 Belorus rublu aylıq pensiya təyin edib. Bu isə indiki kursla aya təxminən bir manat edir. Amma məsələn, Belorusda orta pensiya məbləği isə 480 000 Belorus rubludur. Bu da təxminən 150 ABŞ dolları edir.

75 yaşlı keçmiş Ali Sovet sədri Belorusun indiki rəhbərlərinə müraciət edərək ona ayrılan dövlət pensiyasının artırılmasını xahiş edir. O, AzadlıqRadiosuna da bildirib ki, 1997-ci ildən bəri onun pensiyası artırılmayıb. İnflyasiya nəticəsində də onun pensiyası gəlib aya bir avro səviyyəsinə düşüb.

Stanislav Şuşkeviç 1991-1994-cü illərdə Belorusun Ali Sovetinin rəhbəri olub. O zaman Şuşkeviç indiki Müstəqil Dövlətlər Birliyinin – MDB-nin yaradılmasında əsas rollardan birini oynamışdı.

1991-ci ildə Sovet İttifaqının dağılmasına dair Belovejski Sazişini də Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Şuşkeviç imzalamışdı.

Hakimiyyətdən gedəndən sonra Stanislav Şuşkeviç əsasən Polşa, ABŞ və bəzi Asiya ölkələrinin universitetlərində mühazirələr oxuyurdu.
XS
SM
MD
LG