Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 20:43

Ukraynanın təzə prezidenti də Avropa yolunu tutur


Ukrayna prezidenti Viktor Yanukoviç hökumətini Avropa Birliyi ilə əlaqələri sıxlaşdırmağa çağırıb. Prezident hökumətə tapşırıq ki, ölkə qanunverciliyinin Avropa standartlarına uyğunlaşdırılması prosesi başa çatdırılsın, ticarətdə maneələrin aradan qaldırılsın, vizasız səfərlər üçün baza yaradılsın və oktyabr ayında isə Ukrayna-Avropa Birliyi sammiti təşkil edilsin.

Yanukoviç deyib ki, Ukraynanın xarici siyasətinin bir nömrəli prioriteti ölkənin Avropa Birliyi strukturlarına inteqrasiyası olaraq qalır.

Amma bundan əvvəl Ukraynanın Moskvameylli siyasətçi kimi tanınmış yeni prezidenti Rusiya ilə də sıx əlaqələrə tərəfdar olduğunu deyib. O, Rusiya donanmasının 2042-ci ilə qədər Ukrayna ərazisində qalmasına razılaşmaqla özündən əvvəlki prezidentin Qərbyönümlü siyasətini zəiflətmişdi.
XS
SM
MD
LG