Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Obamanın müşaviri Rusiya müxalifətçiləri ilə görüşüb


ABŞ prezidenti Barak Obamanın Rusiya üzrə müşaviri Michael McFaul anti-korrupsiya çıxışları ilə məşhur olan və həbsdə vəfat etmiş vəkil Sergey Maqnitskinin anası ilə görüşüb. Yüksək vəzifəli şəxsləri korrupsiyada ittiham edən Maqnistski bir il ittiham olmadan həbsdə saxlandıqdan sonra keçən ili noyabrında zəruri tibbi yardım almadığından həbsxanada vəfat edib.

Bugünlər Rusiyaya səfər edən Michael McFaul həmçinin müxalifətdən olan siyasətçilər, media təmsilçiləri, insan haqları qrupları, YUKOS neft şirkətinin həbsdə olan rəhbəri Mixail Xadarkovskinin vəkili ilə görüşüb.
XS
SM
MD
LG